Dünya Çempionatının oyunları davam edir.
Hit.az bildirir ki, ötən gün baş tutan matçlardan ikisi xüsusilə diqqət çəkib.
Portuqaliya - Konqo
Birincisi Portuqaliya – Konqo matçıdır. Mundialın favoritləri arasında göstərilən Portuqaliya 1-0 önə keçməsinə baxmayaraq üstünlüyünü qoruya bilməyib və oyun 1-1 hesablı bərabərliklə bitib.
Avropalılar topla oynamada 75-25 faiz nibsəti ilə üstün olsalar da ikinci qolu rəqib qapısından keçirə bilməyiblər. Portuqaliya həmçinin dəqiq pas ötürmələrində də xeyli öndə olub: 783-249. Qapıya zərbələrdə isə Konqo rəqibini qabaqlayıb: 8-7.
Ronaldo üçün uğursuz start
Bu matç komandanın kapitanı Kriştiano Ronaldo üçün də çox pis keçib. O, 90 dəqiqə meydanda olan futbolçular arasında topa ən az toxunan olub. Belə ki, Ronaldo oyun ərzində cəmi 25 dəfə topa toxunub.
Onu da qeyd edək ki, hücumçu milli komandası ilə Dünya və Avropa çempionatlarının final mərhələlərində keçirdiyi son 10 matçda qol vura bilməyib. Lakin 41 yaşlı ulduz Dünya çempionatları tarixində əsas heyətdə meydana çıxan ən yaxşlı futbolçu ünvanını qazanıb.
İngiltərə - Xorvatiya
Digər maraqla gözlənilən matçda isə İngiltərə Xorvatiyanı 4-2 hesabı ilə məğlub edib. İngilislər 52-48 nisbəti ilə topla oynamada üstün olublar. Onlar, dəqiq pas ötürmələrində də rəqiblərini qabaqlayıblar: 474-443.
Oyun o qədər maraqlı keçib ki, qapılara toplamda 32 zərbə endirilib. Bu zərbələrdən 22-si ingilislərin, 10-u isə xorvatların payına düşüb. Xorvatiyanın qapıçısı Livakovic 4 qol buraxmasına rəğmən 7 qurtarış edib.
Keyndən tarixi göstəricilər
Bu matç komandanın kapitanı Harri Keyn üçün də əlamətdar olub. 2 qol vuran ulduz futbolçu mundial tarixində vurduğu qolların sayını 10-a çatdırıb. Beləliklə, Harri Keyn bu baxımdan Qari Linekerin rekorduna şərik olub.
Eyni zamanda, 32 yaşlı forvard oyunun ən yaxşı futbolçusu da seçilib. Onu da əlavə edək ki, Keyn Dünya çempionatları tarixində penaltidən 5 qol vuran ilk futbolçu olub.
Elmir Mustafa


