Qəfil ürək dayanmalarının SƏBƏBİ

SAĞLAMLIQ
14:30 / 17.06.2026
141

Türkiyəli aktrisa Ece İrtemin 35 yaşında gözlənilməz şəkildə vəfat etməsi cəmiyyətdə gənc yaşlarda ürək-damar sisteminə bağlı qəfil ölümlərlə bağlı narahatlığı artırıb. 

Çünki tanınmış aktrisanın infarkt keçirərək dünyasını dəyişdiyi açıqlanıb. Ümumiyyətlə, son illərdə gənclər arasında infarkt və ya qəfil ürək dayanması kimi halların daha çox gündəmə gəlməsi bu mövzunun aktuallığını yüksəldib.

Maraqlıdır, infarktın yaşı niyə cavanlaşıb?

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Hit.az-a açıqlamasıda deyib ki, insan orqanizmində ən çox həssaslıq göstərən, zamanla ən çox dəyişikliklərə məruz qalan sistemlərdən biri ürək və damar şəbəkəsidir: 

401908

 

“Bu sistemdə illər keçdikcə damarların iç qatında müxtəlif struktural dəyişikliklər və sərtləşmə halları yarana bilər. Bu proseslər yalnız yaşlılıqla bağlı deyil, çox vaxt erkən dövrlərdən, hətta gənclikdən tədricən inkişaf etməyə başlayır. Zaman irəlilədikcə həmin dəyişikliklər daha da dərinləşir və orqanizmin ümumi qan dövranına təsir göstərir”. 

Həkimin sözlərinə görə, ürək-damar xəstəliklərinin uzun illərdir ölüm səbəbləri arasında yüksək paya sahib olması artıq təsadüfi hal kimi qiymətləndirilmir:

“Bu vəziyyətin formalaşmasında tək bir səbəb deyil, həyat tərzi və qidalanma vərdişləri də daxil olmaqla bir neçə amil rol oynayır. İnsanların fiziki hərəkətinin azalması damar sağlamlığı üçün risk yaradan əsas faktorlardan biri sayılır.

Bununla yanaşı, yağlı və balanssız qidaların çox qəbulu qanda lipid balansının pozulmasına gətirib çıxarır. Nəticədə qan axınının çətinləşməsi ürək-damar sistemində ciddi problemlər yaradaraq həyat üçün təhlükəli vəziyyətlərə yol aça bilər”.

Günel Cəlilova

0