Dünya Çempionatı 2026-da maraqlı oyunlar izləməyə davam edirik.
Hit.az bildirir ki, mundialda bir çox fərqli göstərici də qeydə alınır.
Həm bu mundialın, həm də ümumilikdə Dünya çempionatları tarixinə düşən statistikalar nəzərə çarpır. Bu dəfə həmin yeni maraqlı statistikalardan bəzilərinə baxacağıq.
• Dünya Çempionatı 2026-da pley-off mərhələsinə yüksələn ilk komanda bəlli olub. Ev sahiblərindən olan Meksika artıq növbəti mərhələni təmin edib. Onlar, Cənubi Koreyanı 1-0 hesabı ilə məğlub edərək bu uğura nail olublar.
• Kanadanın Qətəri 6-0 hesabı ilə məğlub etdiyi matçda da diqqətçəkən statistikalar qeydə alınıb. Belə ki, 3 qol vuran edən Conatan Devid bu mundialda Leo Messidən sonra het-trik edən ikinci futbolçu olub. C.Devid həm də oyunun ən yaxşısı seçilib.
• 1-1-lik bərabərliklə bitən Portuqaliya – Konqo matçı isə Vitinya üçün əlamətdar olub. O, sözügedən matçın 83 dəqiqəsi ərzində toplam 128 ötürmə edib və bunların 121-i dəqiq alınıb. Bu da 1966-cı ildən bəri mundial tarixində 90 dəqiqədən daha az meydanda olan futbolçular arasında ən yüksək nəticə kimi tarixə düşüb.
• Özbəkər isə antirekordla yadda qalıb. Belə ki, Özbəkistan millisi Kolumbiyaya 3-1 hesabı ilə məğlub olduqları oyunun birinci hissəsində rəqibin cərimə meydançasında bir dəfə belə topa toxuna bilməyiblər. Bu isə mundial tarixində ilkdir.
• Bir maraqlı göstərici də İngiltərə - Xorvatiya (4-2) matçında qeydə alınıb. Xorvatların qolunu vuran Martin Baturina tarixə düşüb. 23 yaşlı futbolçu bu mundialda qol vuran ilk A Seriyası oyunçusu olub.
• İsveçrə - Bosniya və Herseqovina oyunu da Dünya çempionatları tarixinə düşüb. Sözügedən qarşılaşma 74-cü dəqiqədən sonra 5 qolun vurulduğu ilk mundial matçı olub. Maraq üçün bildirək ki, İsveçrə Bosniya və Herseqovinanı 4-1 hesabı ilə məğlub edib.
Elmir Mustafa


