Ermənilərin atdığı mərmi Ağcabədidə yaşayış evinə düşdü - FOTOLAR

11:57 / 03.11.2020
1217

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

HİT.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Xəlilov Bərxudar Əziz oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə ev dağılıb.

Onu da qeyd edək ki, 2016-cı ildə də düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş. Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb.

2