Daxili İşlər nazirindən daha bir təyinat - FOTO

14:02 / 16.02.2021
2069

Daxili İşlər orqanlarında növbəti kadr təyinatı olub.

HİT.Az-ın unikal.org-a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Yusif Paşayev Qazax Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin Baş inspektoru təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Qazax Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin sabiq Baş inspektoru, 32 yaşlı polis kapitanı Əliyev Fərid Koroğlu oğlu koronavirusdan vəfat edib.

2