Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpusları tikiləcək.
Bu barədə İqtisadiyyat.az Komitədən məlumat əldə edib.
Məlumata görə, artıq tikinti işləri ilə bağlı "TVM İnşaat" şirkəti ilə müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, korpusların tikintisinə 5 milyon manat sərf olunacaq.


