Qaradağlı qətliamına dair dəhşətli kadrlar yayıldı - VİDEO

ÖLKƏ
15:45 / 22.02.2021
2449

Bu kadrlardan sonra kişiləri dərhal güllələdilər...

Bu kadrlar 17 fevral 1992-ci ildə ermənilər tərəfindən çəkilib. Kadrlarda milli bir faciə, bir fəlakət əks olunub. Xocavəndin Qaradağlı kəndinin qadın, uşaq və yaşlıları erməni vəhşilərinin əsirliyindədir...

Bu kadrlardan sonra kişiləri dərhal güllələdilər. Qadınları, uşaqları isə Əskərana apardılar... Bir neçəsinin taleyi hələ də məlum deyil. 100-ə qədər kənd sakini həmin günlərdə qətlə yetirildi.

Bu qətliam tarixdə Qaradağlı qətliamı kimi qalıb.

Vikipediya məlumatlarında bu barədə yazılıb: //az.m.wikipedia.org/wiki/Qaradağlı_qətliamı

 

6