ÖLKƏ
18:11 / 08.04.2021
336

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov "Report"un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

0