“Qarabağ”ın kolumbiyalı futbolçusu Kamillo Duran komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Xitab24.az xəbər verir ki, komandanın aparıcı üzvü bununla bağlı deyib:
“Müqaviləm davam edir. Bütün fikrim-“Qarabağ”dadır. Qurban Qurbanov məni komandada görmək istəyir. Hazırda ayrılmaqla bağlı heç nə yoxdur”.
Qeyd edək ki, Kamilo Duran Ağdam klubuna ötən yay Portuqaliyanın “Portimonense” klubundan “Qarabağ”dan transfer olunub.


