Bakı Dövlət Universitetinə yeni prorektor TƏYİN EDİLDİ

ÖLKƏ
18:00 / 26.07.2021
1552

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəlaiyyətini Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək.

HİT.Az "Azərsu"ya istinadən xəbər verir ki, bu gün bu münasibətlə “Sukanal” ETLİ-də tədbir keçirilib.

Səhmdar cəmiyyətinin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu”da səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə F.İmanova “Azərsu”yun Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.

Tədbirdə çıxış edən “Azərsu”yun İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev və Baş elmi işçi Fazil Əbilov F.İmanov haqqında xoş sözlər söyləyərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda F.İmanov çıxış edərək, diqqət və qayğıya görə “Azərsu”yun, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.

1