ÖLKƏ
19:39 / 26.07.2021
820

Ceyhun Səfərov "Azəriqaz"dakı vəzifəsindən azad olundu

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub. Bu münasibətlə Birlik rəhbərliyi yanında görüş təşkil olunub.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

C.Səfərovun qurumun ictimaiyyətlə əlaqələri sahəsində müsbət irəliləyişlərə nail olduğunu qeyd edən baş direktor Ruslan Əliyev, onun bu sahədə məlumatlı bir kadr kimi yetişdiyinə diqqət çəkib. Vurğulanıb ki, o, kollektivdə rəğbət qazanıb və fəaliyyəti müddətində peşəkarlığı ilə seçilib. R.Əliyev bildirib ki, tanınmış jurnalist olan C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar. Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib və “Azəriqaz” İB kollektivinin onun üçün doğma olduğunu vurğulayıb.  

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilmişdi.

1