Tanınmış jurnalistə vəzifə verildi

ÖLKƏ
20:36 / 26.07.2021
1358

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni kadr təyinatı aparılıb.

Qaynarinfo xəbər verir ki, öz istəyilə vəzifəsindən azad olunan İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə tanınmış jurnalist Eldəniz Vəliyev təyin olunub.

Qeyd edək ki, E.Vəliyev bu təyinatadək "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsində, daha əvvəl ANS TV, ATV-də və digər media qurumlarında işləyib.

1