Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq

ÖLKƏ
23:25 / 31.07.2021
1729

"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar".

HİT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.

 

0