ÖLKƏ
23:56 / 13.10.2021
169

Borclu şəxsin əmlakı barədə ”Elektron icra” informasiya sistemindən məlumat əldə ediləcək

Nazirlər Kabineti "Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib.

HİT.az xəbər verir ki, "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə 2016-cı ilin sentyabr ayından "Elektron icra” informasiya sistemi yaradılıb və 2017-ci ildən bütün icra qurumlarında tətbiqinə başlanılıb.

Qərarda "Elektron icra” informasiya sisteminin fəaliyyətinin prinsiplərinin, texniki-texnoloji infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, funksiyalarının, o cümlədən sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları üçün fəaliyyətlərinin təşkili əsaslarının müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.
İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı ”Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək hüququ var.

0