ÖLKƏ
17:55 / 28.10.2021
202

Ukrayna separatçılarla sərhəddə qoşun yığır - VİDEO

Ukrayna silahlı qüvvələri ilə separatçılar arasında təmas xətti boyu vəziyyət yenidən gərginləşir.

Unikal.org xəbər verir ki, hər 2 tərəf təmas xəttinə doğru zirehli texnika və canlı qüvvə cəmləşdirir. 

Bir neçə gündür tərəflərin bir-birlərinin mövqelərinə artilleriyadan və minaatanlardan intensiv zərbələr endirdikləri bildirilir. Bir gün əvvəl isə Ukrayna ordusunun bölmələri Donetsk vilayətində neytral zonada yerləşən Staromarinka kəndini tutub.

Hərbi ekspert Aleksandr Mixaylovski bildirib ki, Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı 44 günlük müharibə təcrübəsindən istifadə edərək Donbass üzərində nəzarəti geri qaytarmağa hazırlaşır:

"Qarabağdan sonra çoxları bu silahdan (Bayraktar TB 2) qorxur. Və düz edirlər. Haradasa yarım il əvvəl mən demişdim ki, Donetsk və Luqansk döyüşçüləri havaya tez-tez baxmalıdır. Çünki artıq o vaxt Ukrayna həmin PUA-ları poliqonlarda sınaqdan keçirirdi, operator heyətləri hazırlanırdı. İndi isə biz görürük ki, onlar hazırlıqlıdır və Ukraynanın əlində kifayət qədər PUA var. Lakin Ukrayna PUA-ları Qarabağda olduğu kimi arxayın uçmur, orada onlar təmas xəttindən xeyli dərinliklərdə erməni mövqelərini rahatca vururdu. Burada isə ehtiyatla hərəkət edirlər. Görünür, rəqibin imkanlarını öyrənirlər". 

 

0