Şəhid olan polkovnik Vətən Müharibəsi iştirakçısı imiş - Bu video hər kəsi kövrəltdi

ÖLKƏ
01:14 / 01.12.2021
2742

Xəbər verdiyimiz kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqoxadnunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hit.azxa0xəbər verir ki, qəza zamanı həlak olanlardan polkovnik Nəzirov Emil Nəzir oğlu Azərbaycan Ordusunun ilk könüllülərindən olub, birinci Qarabağ müharibəsində iştirak edib.

Vətən müharibəsində göstərdiyi şücaətinə görə isə polkovnik rütbəsinə yüksəlib. “Vətən uğrunda” medalı ilə təltif olunub.xa0

Bu barədə şəhidinxa0 bacısı oğlu Elnur Məcidli sosial şəbəkədə paylaşım edib.

Şəhidin gitarada mahnı ifa edərkən çəkilmiş videosunuxa0 paylaşılıb.xa0

Qeyd edək ki, E.Nəzirov 1969-cu ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub.xa0

Ailəlidir, 3 övladı var.xa0

0