İstanbulda küçədə oynayan uşaqların gözü qarşısında azərbaycanlı şəxs güllələnib.
Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, hadisə ötən gün Türkiyə vaxtı ilə saat 15:45 radələrində Esenyurt Battalgazi Məhəlləsində baş verib.
Əldə edilən məlumata görə, milliyyətcə azərbaycanlı olan şəxs küçədə gedərkən Türkiyə dövlət nömrə nişanlı "Xoşbəxtik” yazısı olan avtomobil ona yaxınlaşıb.
Nəqliyyat vasitəsinin içərisində olan şəxs uşaqların küçədə oynamasına baxmayaraq, əlindəki silahla gedən şəxsə atəş açmağa başlayıb.
Yaralının ölmədiyini görən cinayətkarlar yenidən atəş açıblar.
Cinayətkarın silahının açılmadığını görən yaralı hadisə yerindən uzaqlaşmağa çalışıb.
Həmin şəxsə hücum edənlər hadisə yerindən qaçmağı bacarıb.
Əraziyə polis və tibb işçiləri cəlb edilib. Yaralı xəstəxanaya yerləşdirilib. Polis cinayətkarın axtarışlarına başlayıb.