Füzulidə düşmənin atıb qaçdığı raketlər aşkarlandı - FOTO

ÖLKƏ
23:32 / 03.02.2022
802

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Hit.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində raketlər aşkar edilib. Hava hücumundan müdafiə raketləri erməni hərbçilərinin qoyub qaçdığı hərbi hissədə tapılıb. Ərazidən aşkar edilən 20-ə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, döyüşə tam yararlıdı.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilir.

Füzulidə düşmənin atıb qaçdığı raketlər aşkarlandı -FOTO

Füzulidə düşmənin atıb qaçdığı raketlər aşkarlandı -FOTO

Füzulidə düşmənin atıb qaçdığı raketlər aşkarlandı -FOTO

0