Cəbrayılda xeyli sayda mina aşkarlandı (FOTOLAR)

10:47 / 04.02.2022
470

Cəbrayılda xeyli sayda mina aşkarlanıb.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınının keçirdikləri tədbir zamanı dağıdılmış evlərdən birində minalar aşkar edilib.

Aşkar edilən 160 ədəd tank və piyada əleyhinə mina aidiyyəti üzrə təhvil verilib. 

0