Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 9 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 9 nəfər sağalıb, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 812 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 451 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1160, bu günə qədər isə ümumilikdə 7 617 895 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 101 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 964 824 olub.