Yuxusuzluğun sağlamlığa təsiri

ÖLKƏ
22:45 / 19.02.2024
209

Əksər insanlar yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluq insanların sağlığına, gündəlik həyatına mənfi təsir edir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, xroniki yuxusuzluq ümumiyyətlə stress, həyat hadisələri və ya yuxunu pozan vərdişlərin nəticəsidir.

 Problemi yaradan əsas səbəbi müalicə etmək yuxusuzluğu aradan qaldıra bilər:

"Yaxın bir insanın ölümü və ya xəstəliyi, boşanma və ya iş itkisi kimi hadisələr də yuxusuzluğa səbəb ola bilər.Bir çox dərmanlar – müəyyən antidepresantlar, astma və ya qan təzyiqi üçün istifadə olunan dərmanlar yuxuya müdaxilə edə bilər. Bəzi dərmanların tərkibində isə, məsələn bir sıra ağrıkəsici dərmanlar, allergiya və soyuqdəymə dərmanları və çəkisalıcı məhsullar arasında kofein və yuxu poza biləcək qarışıqlar var. Yaşlı insanlar adətən gənclərdən daha çox dərmandan istifadə edirlər ki, bu da dərmanlarla əlaqəli yuxusuzluq şansını artırır".

Sevinc

0