"Zarafat edən qız" peşman olmadı - Ciddiyə almasaq, pis olacaq!

ÖLKƏ
17:32 / 21.02.2024
225

2 gündür cəmiyyəti məktəbli qızların tərbiyəsiz davranışını əks etdirən videogörüntülər çalxalayır .

Sinif yoldaşlnın alnına söyüş yazıb başında yumurta qıran qız bu gün cəmiyyətə bir şapalaq daha vurdu.

Sosial şəbəkə hesabında yazıb ki,yaxşı eləmişəm.

Dünən məktəb direktoru"şagirdlər bir-birləri ilə zarafat ediblər"şəklində açıqlama verəndə üz-gözündən harınlıq yağan,ərköyün qızın peşmanlıq duymayacağını öncədən görmək olardı.

Varlı ailənin tərbiyə görməmiş balasını peşman olmağa qoymadılar,imkan vermədilər öz səhvini anlasın,insan olsun.

Deyək ki,onlar uşaqdırlar qanmayıblar( hərçənd o yaşda olanda nənələrimiz külfət idarə edirdilər) bəs valideynlər necə?

Əzizim əzizdir,tərbiyəsi ondan da əzizdir deyiblər.

Ürəyində bir damla belə mərhəmət hissi olmayn,qarşısında əzdiyi insanı ot kimi,torpaq kimi  görən bu qaydalarla böyüyən uşaqların gəncliyini,orta yaş hallarını düşünürsünüz?

Kim olacaqlar,necə bir ailəyə sahiblənəcəklər,onların yetişdirdiyi uşaqlar nə olacaq,necə olacaq?

İnanmıram ki, valideynlərinə qarşı sayğılı,qayğıkeş münasibət sərgiləyələr.

Bu dəfə sərt cəza tədbiri görülməsə tay-tuşlarının ayağının altını yer alacaq.Sonra da belə zəncirvari hadislər normal hala çevrilcək.

Hər dəfə də kimsə durub deyəcək ki,zarafat idi.

Bu zarafatı kasıb varlıya qarşı eləsə necə,götürərdilər?

Murad

0