Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? - VİDEO

ÖLKƏ
11:48 / 16.05.2024
421

Ərazi hasara alınıb, sakinlərə evlərinin plana düşdüyü deyilir, ancaq 12 ildir ki, gözləyirlər.

Kadrlar paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəndir.

Sakinlərin sözlərinə görə, bu yaşayış ərazisi 2012-ci ildən hasara alınıb. 20 ailə həmin vaxtdan evlərinin söküləcəyi günü gözləyir.

Onlar deyir ki, əraziyə müxtəlif vaxtlarda aidiyyəti qurumların nümayəndələri gəlib, baxış keçirilib.

Vətəndaşların müraciəti ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanan suallar cavabsız qalıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə "Xəzər Xəbər"ə məsələnin araşdırılacağı bildirilib.

 

0