Valideynin hərbi xidməti haqqında arayışı hardan almaq olar?

ÖLKƏ
19:40 / 27.05.2024
344

Ağdaş rayon sakini Şirinov Vüsal Bəxtiyar oğlu Hit.az redaksiyasına sorğu göndərib.

O atasının Birinci Dağlıq  Qararabağ müharibəsində döyüşərək,  itkin düşdüyünü, lakin indiyədək onun döyüş iştirakçısı olmasına dair sənəd ala bilmədiyini, bunu necə etmək lazım olduğunu soruşur.

Hit.az bu sualla bağlı hərbi ekspert Tərlan Eyvazova müraciət edib.

Tərlan Eyvazov bildirib ki, Mətkəzi Arxiv İdarəsinə müraciət edərək, problemi həll etmək olar:

"Həmin şəxs atasının hansı ildə hərbi xidmətə getməsi barədə arxiv idarəsinə məlumat verərək, onun xidmət yolu barədə araytış ala bilər. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi Biləcəri qəsəbəsində yerləşir".

Murad

0