Bu eynəklər sizi işıqsız qoya bilər

ÖLKƏ
23:03 / 10.06.2024
255

Bakıda gün eynəklərinin satışına artıq demək olar ki, istənilən yerdə rast gəlmək olar. 

Həmin eynəklərin satış qiyməti isə manatdan başlayır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, gün eynəklərinin təhlükəsizliyinə heç kim nəzarət etmir, harada gəldi satılır:

"Gün eynəkləri satılan brend mağazalarda palaroit eynəklərinin satış yeri var ki onları taxanda adi gözlə görünməyən zərərlər görünür. Alıcılar eynək olanda sertifikat tələb etməlidir. Keyfiyyətsiz eynəklər əhalinin gözünün zəifləməsinə səbəb olur. Ən keyfiyyətsiz eynək ən bahalı mağazalarda da satıla bilər. İnkişaf etmiş ölkələrdə gözlük satışa çıxarılmazdan öncə bir neçə qurum tərəfindən yoxlanır. İstifadəyə yararlıdırsa, ona sertifikat verilir. Ancaq bu, Azərbaycanda tamam fərqlidir. Satışda çox ucuz, keyfiyyətsiz eynəklər var. Bu da kütləvi korlaşma deməkdir. Kim necə və haradan istəyir, mənşəyi məlum olmayan eynəkləri gətirib satır”.

Sevinc

0