Ən çox ət, süd və yumurta istehsal edən rayonlar - SİYAHI

ÖLKƏ
21:57 / 14.08.2026
43

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb.

HİT.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə, həm də 2026-cı ilin yanvar-iyun aylarında ölkə üzrə ən yüksək göstəricini qeydə alıb.

Yumurta istehsalında isə 2025-ci ildə Xızı, 2026-cı ilin yanvar-iyun aylarında Hacıqabul lider rayon olub.
 

0