Bu ilin noyabrın 7-si saat 09:35 radələrində və 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.
Bu barədə HİT.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.
"Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda bildirilib.
Qeyd edək ki, vəfat edən azyaşlılar bacıdırlar.
Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.


