Finlandiyalı professor: Rusiya ilə NATO arasında mümkün müharibəni artıq dayandırmaq mümkün deyil

DÜNYA
15:45 / 25.11.2026
40

Finlandiyalı professor və siyasi analitik Tomas Malinen Rusiya ilə NATO arasında mümkün müharibənin qarşısını almağın artıq mümkün olmadığını iddia edib.

HİT.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Malinen NATO-nun baş katibi Mark Rüttenin alyans ölkələrini Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşmağa çağıran bəyanatını şərh edib.

“Düşünmürəm ki, bu müharibəni dayandırmaq mümkündür. İndi yalnız Avropa əhalisini buna alışmağa və baş verə biləcəkləri qəbul etməyə hazırlamaq qalır”, - deyə professor yazıb.

Qeyd edək ki, bundan əvvəl Mark Rütte NATO üzvü olan ölkələri vətəndaşları, müəssisələri və dövlət qurumlarını mümkün müharibə ssenarisinə hazırlamağa çağırıb. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə elektrik enerjisi, istilik təchizatı, xəstəxanalar, nəqliyyat və rabitə sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Rüttenin çağırışına münasibət bildirən Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabarov isə NATO rəhbərinin bəyanatına təmkinlə yanaşmağın lazım olduğunu bildirib.

Qeyd edək ki, Malinenin səsləndirdiyi fikirlər onun şəxsi qiymətləndirməsidir və Rusiya ilə NATO arasında müharibənin qaçılmaz olduğunu təsdiqləyən rəsmi məlumat deyil.

Samir

0