Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqdadır.
Qazet.az xəbər verir ki, bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb. Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.
Xəstə sayının çoxalması isə xəstəxanalara təlabatı artırır.
HİT.Az xəbər verir ki, Gömrük Hospitalından Qazet.az-a verilən məlumata görə, hospital sabahdan etibarən fəaliyyətini dayandıracaq.
“Sabahdan etibarən hospital fəaliyyətini dayandırır. Səbəb isə koronavirusla bağlıdır. Yanlız COVID-19 xəstələrini qəbul edəcəyik”, – deyə hospitaldan bildirilib.
Qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva isə bildirib ki, xəstəxanalarla bağlı ölkədə ciddi çatışmazlıq hələ ki, yoxdur.