Maska taxmayanlar cərimələndi - FOTO

ÖLKƏ
14:50 / 29.06.2020
1645

Şəmkirdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan HİT.Az-a verilən məlumata görə, əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görür.

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

1