“Beşiktaş” – “Marsel” matçının STATİSTİKALARI

İDMAN
12:00 / 18.09.2026
217

Ötən gecə Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının əsas mərhələsində mövsümdəki ilk matçına çıxıb.

Hit.az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında Fransanın “Marsel” klubunu qəbul edib.

“Beşiktaş”dan 4 qollu qələbə
Oyun başdan sona “Beşiktaş”ın üstünlüyü ilə keçib. “Qara qartal” rəqibini 4-1 hesabı ilə darmadağın edib. Azarkeşlərin də 90 dəqiqə ərzində möhtəşəm dəstəyi oyuna ayrı bir gözəllik qatıb.

Maçtın statistikaları
“Beşiktaş” topla oynama nisbətində 55-45 faizlə öndə olub. Onlar, dəqiq pas ötürmələrində də rəqiblərini qabaqlayıblar: 564-458. Türklər 18, fransızlar isə 14 dəfə qapıya zərbə endiriblər. Meydan sahiblərinin qapıçısı 2, qonaqlarınkı isə 3 qurtarış edib. Tərəflər hərəyə 3 dəfə küncdən zərbə yerinə yetiriblər. 

“Beşiktaş” 3, “Marsel” isə 1 dəfə böyük şansı qaçırıb. Ev sahibləri 12, rəqibləri isə 11 dəfə sərbəst vuruş yerinə yetirib. İstanbul klubunun futbolçuları 2, Marsel təmsilçiləri isə 1 dəfə sarı vərəqə ilə cəzalanıblar. Matçda qırmızı vərəqə, sayılmayan qol və ya penalti qərarı olmayıb. 

“Qartal” evində yenilmir
“Beşiktaş” Super Liqa və Avropa Liqasında öz meydanında oynadığı 7 matçın hamısını qazanıb. Onlar, bu matçlarda 19 qol vurub, qapılarından isə 3 top buraxıblar.

Elmir Mustafa

0