Bu gün tarixin vərəqlərində 18 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra əhəmiyyətli hadisələrlə yadda qalıb.
18 sentyabr çox sayda görkəmli şəxsin doğum və ya vəfat günü kimi xatırlanır. Eyni zamanda, bu gün Azərbaycanda Milli Musiqi Günü, Xorvatiyada isə Hərbi Donanma Günüdür. Beləliklə, tarixin 18 sentyabrına nəzər salırıq.
18 sentyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan və Livan arasında diplomatik əlaqələr qurulub. 2014-cü ildə “Qarabağ” futbol klubu UEFA Avropa Liqasında ilk oyununu keçirib. Həmçinin 1934-cü ildə Sovet İttifaqı Millətlər İttifaqına qəbul edilib. 1947-ci ildə ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) təsis olunub. 2014-cü ildə isə Şotlandiyada müstəqillik haqqında referendum keçirilib.
18 sentyabrda doğulanlar:
1554-cü ildə Səfəvi şahzadəsi Heydər mirzə Səfəvi, 1885-ci ildə dahi bəstəkar Müslüm Maqomayev, 1885-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyov doğulub.
Həmçinin, 1752-ci ildə fransız riyaziyyatçı Adrien Mari Lejandr, 1765-ci ildə Roma papası XVI Qriqori, 1905-ci ildə amerikalı və isveçli aktrisa Qreta Qarbo, 1961-ci ildə amerikalı aktyor Ceyms Qandolfini, 1971-ci ildə rusiyalı opera müğənnisi Anna Netrebko, 1976-cı ildə türk generalı Yaşar Gülər və 1979-cu ildə yaponiyalı futbolçu Cuniçi İnamoto dünyaya gəlib.
18 sentyabrda vəfat edənlər:
1919-cu ildə qaçaq dəstə başçısı Qatır Məmməd, 1929-cu ildə deputat Əli bəy Zizikski, 1978-ci ildə kinorejissor Adil İsgəndərov və 1988-ci ildə dahi şair Məhəmmədhüseyn Şəhriyar dünyasını dəyişib.
Həmçinin, 1783-cü ildə isveçrəli riyaziyyatçı Leonard Eyler, 1911-ci ildə Rusiya dövlət xadimi Pyotr Stolıpin, 1961-ci ildə isveçli diplomat Daq Hammarşeld, 1970-ci ildə amerikalı gitara ifaçısı Cimi Hendriks, 2004-cü ildə rusiyalı aktrisa Klara Rumyanova, 2013-cü ildə yunanıstanlı repçi Pavlos Fissas, 2019-cu ildə niderlandlı futbolçu Fernando Riksen və 2021-ci ildə ispan kinorejissoru Mario Kamus vəfat edib.
Pərviz


