Kadir İnanırın vəsiyyətnaməsi ilə bağlı qalmaqal: "Bizə bir qalstuk belə qoymayıb"

MAQAZİN
11:40 / 18.09.2026
53

İyunun 26-da vəfat edən sənətçinin 2015 və 2022-ci illərdə hazırladığı üç ayrı vəsiyyətnamənin açıqlanması üçün Beykoz Ədliyyəsində keçirilən iclas 28 vərəsədən üçünə bildiriş çatmadığı üçün dekabrın 17-nə keçirilib.

HİT.az xəbər verir ki, məhkəmədən sonra Kadir İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnamədə sonradan edilən dəyişikliklərlə bağlı narazılığını ifadə edib. O, dayısının uzun müddət ağır müalicə aldığını və həmin dövrdə iradə qabiliyyəti ilə bağlı sualların yarandığını bildirib.

Levent İnanırın sözlərinə görə, Kadir İnanır 2015-ci ildə hazırladığı vəsiyyətnaməni 2022-ci ildə iki dəfə dəyişib. O, bu dəyişikliklərin sənətçinin səhhətinin ağır olduğu dövrə təsadüf etdiyini iddia edib.

Kadir İnanırın əmlakının böyük hissəsinin uzun illər birlikdə yaşadığı Jülide Kurala qaldığı bildirilir. Levent İnanır Kuralın sənətçinin həyatındakı əməyini inkar etmədiklərini, lakin vəsiyyətnamənin məzmunu ilə bağlı ciddi suallarının olduğunu söyləyib.

O, həmçinin ailə üzvlərinin Kadir İnanırı xəstəxanada ziyarət etməsinin və onunla telefonla əlaqə saxlamasının qarşısının alındığını iddia edib. Levent İnanırın sözlərinə görə, bu məsələlər vəsiyyətnamədə dəyişikliklərin edildiyi dövrə təsadüf edib.

“Kadir İnanırın ailə bağlarını ön planda tutan biri olduğunu bilirik. Sağlam olduğu vaxt belə bir qərar verəcəyinə inanmıram. Bizə bir qol saatı belə, hətta bir qalstuk da qoymayıb. Ailənin tamamilə kənarlaşdırılmasına etiraz edirik”, deyə Levent İnanır bildirib.

O, Kadir İnanırın filmlərindən əldə olunan müəllif hüquqları və bəzi digər miras paylarının da Jülide Kurala verildiyini iddia edib və ailənin məsələyə hüquqi müstəvidə etiraz edəcəyini açıqlayıb.

Levent İnanır bildirib ki, dekabrın 17-də vəsiyyətnamənin məzmunu açıqlandıqdan sonra məsələ ilə bağlı daha ətraflı danışacaq.

Samir

0