AzTV-nin baş redaktoru koronadan vəfat etdi - FOTO

09:00 / 03.07.2020
2632

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev koronavirusdan dünyasını dəyişib.

Bu barədə məlumatı tanınmış politoloq Elçin Mirzəbəyli paylaşıb.

“Lənətə gəlmiş koronavirus tələbə yoldaşım, ailəvi dostum, qonşum, çox istedadlı rejissor, gözəl insan Etibar Babayevin də həyatına son qoydu.

Allah rəhmət eləsin. Sözün bitdiyi yerdəyəm”, - E.Mirzəbəyli qeyd edib.

Xatırladaq ki, E.Babayev uzun illər sevə-sevə izlədiyimiz "Kinoklub"un yaradıcısı idi.

1
Axar.az