Ermənistana məxsus PUA məhv edildi - FOTO

ÖLKƏ
11:47 / 16.07.2020
1714

İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

HİT.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

0