Nərgiz Paşayevanın qızı erməni təxribatından yazdı: Bunu dayandırın

ÖLKƏ
12:54 / 18.07.2020
2516

Professor Nərgiz Paşayevanın qızı, "Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova “Instagram” hesabının "Hekayə" bölümündə son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotolarını paylaşaraq, ermənilərin təcavüzünə və yalanlarına son qoymağa çağırış edib.

Mahmudovanın vətənpərvərlik ruhunda paylaşımları arasında erməni fotomodel, realiti şou ulduzu Kim Kardaşyan daxil olmaqla, yalan yayan ermənilərin səhifələrinə şikayət etməyin yolunu göstərən videolar da yer alır.

Xatırladaq ki, Essyen özünün “Instagram” səhifəsində dəfələrlə Azərbaycanın bayrağını və ölkənin güclü olduğunu ifadə edən emojilər paylaşaraq Azərbaycan dilində “Şəhidlər ölməz, vətən bölünməz” sözlərini yazıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olan hər kəs, erməni fotomodel, realiti şou ulduzu Kim Kardaşyanın sosial media hesabını şikayət etməyə çağırır. Buna səbəb isə Kardaşyanın "Instagram" hesabında paylaşdığı post olub. Belə ki, o yalan iddialarla izləyicilərini çaşdırmağa çalışıb:

"Qlobal pandemiya dövründə olduğumuza baxmayaraq, Azərbaycan Ermənistan Respublikasına qarşı səssiz hücumlarıyla BMT-nin atəşkəs çağırışını pozub. Ermənistandakı mülki strukturlar hədəfə alınıb və Azərbaycan Ermənistandakı nüvə stansiyalarını bombalamaqla təhdid edir. Bu zaman ABŞ-ın Azərbaycanı Emənistan və Artsaxa qarşı istifadə olunacaq hərbi yardımla təmin etməyəcəyinə əmin olmaq üçün gələn həftə Milli Müdafiə İcazəsi Aktına konqres dəyişiklikləri edilməsinə səs veriləcək. Beynəlxalq ictimaiyyət lazımsız eskalasiyanın və insan itkisinin qarşısını almaq üçün bu cür siyasi və diplomatik tədbirlərlə məsələyə diqqət yetirməli və müdaxilə etməlidir. Mən erməni həmvətənlərimin yanındayam və ölkə sərhədindəki cari gərginliyə cəlb olunanlar üçün dua edirəm. Onsuz da çox çətin pandemiya dövründə bu səssiz hücuma qarşı sülh qətnaməsinə çağırıram".

 

0
big.az