"Gizlədilən vəsait oliqarxların şirkətlərinə ötürülür" - Qubad İbadoğlu

İQTİSADİYYAT
23:33 / 30.07.2020
1500

"Pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı büdcədən ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manatı bu ilin 6 ayı ərzində xərclənib. Maliyyə nazirliyinin açıqlamasına görə, dövlət dəstəyi tədbirləri çərçivəsində AZAL-a 86 mln. 900 min vəsait köçürülüb, “Bakı Metropoliteni”nə isə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Bütövlükdə 89 milyon 500 min manatın hara xərclənməsi açıqlanıb. Xərclənən digər 28,5 milyon manatın hansı şirkətlər arasında bölüşdürülməsinə dair məlumatlar əlçatan deyil".

Hit.Az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, maliyyə nazirliyi bu məlumatı dərc etməlidir: "Yayılan məlumatlara görə gizlədilən vəsait oliqarxların şirkətlərinə ötürülür".

0