Yumşalmaya getdiyimiz üçün artmalar gözləniləndir - AÇIQLAMA

ÖLKƏ
17:20 / 21.08.2020
556

“Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.

HİT.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu heç də o demək deyil ki, qaydalara riayət etməməliyik:

“Hər bir vətəndaş qaydalara əməl etməlidir”.

0