İcra başçısından yeni təyinat

ÖLKƏ
13:16 / 15.05.2026
81

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

HİT.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.

Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl "Bakı Telefon Rabitəsi" MMC-nin 6 saylı Rabitə Xidmət Mərkəzində rəis müavini vəzifələrində çalışıb.

0