Hindistanda 15 metrlik nəhəng: Tarixdəki ən böyük ilan fosili tapıldı

DÜNYA
12:15 / 15.05.2026
38

Hindistanın Qucarat əyalətində yerləşən Panandro bölgəsindəki linyit mədənində yeni bir ilan növünün fosilləri aşkar edilib. Tədqiqatçılar bu növə Vasuki indicus adını veriblər.

HİT.az xəbər verir ki, alimlərin sözlərinə görə, Vasuki indicus təxminən 56 milyon il əvvəl yaşamış nəhəng, boğucu (ovunu sıxaraq öldürən) bir ilan olub. O, indiki Qərbi Hindistan ərazisində bataqlıq zonalarda hərəkət edib.

Tədqiqat nəticələrinə əsasən, bu ilan 15 metrə qədər uzunluğa və təxminən 1 tona qədər çəkiyə sahib ola bilərdi. Alimlər bildirirlər ki, onun fəqərələrinin eni 11 sm-ə çatırdı və bu göstəricilər çox qalın, silindrik bədən quruluşuna işarə edir. Təxmini bədən qalınlığının isə təxminən 44 sm olduğu düşünülür.

Tədqiqatın aparıcı müəlliflərindən Debadjit Datta bildirib ki, bu ilan böyük ehtimalla yavaş hərəkət edən pusqu yırtıcısı olub: ovunu gözləyib və sonra onu sıxaraq öldürüb.

Uzun illərdir Kolumbiyada tapılan və təxminən 13 metr uzunluğunda olan Titanoboa Yer tarixində ən böyük ilan hesab edilirdi. Lakin Vasuki indicusun 15 metrə qədər çatdığı ehtimalı bu fikri şübhə altına alır.

Bununla belə, alimlər qeyd edirlər ki, hazırda hansı növün daha ağır və daha iri olduğunu dəqiq demək mümkün deyil.

Əvvəlki araşdırmalara görə, bəzi gürzə növlərinin hücumu 40–70 millisaniyə davam edir və bu, insan reaksiyasından daha sürətlidir. Təcrübəli idmançı belə belə bir hücumdan yayınmaya bilər.

Samir
 

0