Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

16:35 / 24.08.2020
1524

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. 

Bu barədə HİT.Az-a  DSMF-dən bildirilib. Məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Qeyd edək, xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar bu vəsaitlərini istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

DSMF-dən o da əlavə edilib ki, yaxın günlərdə isə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. 

1