Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi

ÖLKƏ
15:27 / 04.09.2020
854

Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

HİT.Az xəbər verir ki, nazirlikdən Trend-ə bu məlumatın doğru olmadığı bildirilib.

Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.

Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.

0