“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif növ avadanlıqların təmir xidmətlərinin satınalınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, keçirilən satınalma müsabiqəsinin qalibi “SAR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qurumla şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 170 224,44 manat təşkil edir.
Satınalma müxtəlif növ avadanlıqların təmir xidmətlərini əhatə edir.
Abbas

