İcra başçısı müdiri vəzifədən azad edib - FOTO

ÖLKƏ
15:30 / 07.05.2026
50

Binəqədi Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri İskəndər Cahangir-zadə vəzifəsindən azad olunub.

Qeyd edək ki, İ.Cahangir-zadə 2013-cü ildən Binəqədi RİH-də müxtəlif vəzifələrdə - aparıcı məsləhətçi, sektor müdiri, başçının köməkçisi, şöbə müdiri vəzifələrində çalışıb. 

398596

0