Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir

MƏDƏNİYYƏT
20:28 / 07.05.2026
44

22 may, saat 23:30-da dünya səviyyəli DJ Lia Lisse Bakıya gələrək, Park Cinema Flame Towers filialında keçiriləcək “Horror Night Party” gecəsində çıxış edəcək.

Lia Lisse bu xüsusi gecə ilə bağlı sosial şəbəkələrdə videoçağırış da edib və tədbirə Bakı əhalisini şəxsən dəvət edib.

Bu gecə üçün kinoteatr bağlanaraq tamamilə fərqli konseptə çevriləcək — məkan əsl gecə klubuna transformasiya olunacaq və Lia Lisse eksklüziv seti ilə gecənin ritmini idarə edəcək.

Bununla yanaşı qonaqları kult horror personajları ilə immersiv şou, film nümayişi, barmen performansı, Go-Go dancers və “Blade” stilində qurulmuş immersiv gecə atmosferi gözləyir.

Bu, Bakıda ilk dəfə keçirilən belə formatda gecə tədbiridir.

 Biletlər:

//iticket.az/events/concerts/horror-night-party

0