Stadiondakı azərbaycanca lövhə geri qaytarıldı

DÜNYA
18:59 / 20.09.2020
1101

Güney Azərbaycanın Urmiya şəhərində yerləşən “Durnalar yuvası” stadionunun türkcə lövhəsi geri qaytarılıb.

Güneylilərin etirazlarından sonra yerli məsullar üzərində türkcə “Durnalar yuvasına xoş gəlibsiniz” yazılan lövhəni stadiona qaytarmağa məcbur olublar.

Üzərinə türkcə “sən çağırsan gələrəm mən” cümləsi də əlavə olunan yeni lövhə stadionun içərisinə quraşdırılıb. Lövhənin küncünə İran bayrağı əlavə etdirilib.

Qeyd edək ki, bir qədər əvvəl bu lövhə stadionun girəcəyindən sökülmüş və yerinə farsca lövhə quraşdırılmışdı. 

0
Axar.az