NATO Arktikada Rusiya və Çinin artan fəallığı fonunda bölgədəki mövcudluğunu genişləndirməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte Böyük Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Rutte deyib ki, Rusiya və Çin Arktikada getdikcə daha fəal olurlar.
"Biz görürük ki, Rusiya və Çin Arktikada fəaliyyətlərini artırırlar. Buna görə də razılığa gəldik ki, NATO bu regionda daha əhəmiyyətli rol oynamalıdır", deyə baş katib vurğulayıb.
Rutte bu açıqlamanı iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində səsləndirib.
Xatırladaq ki, aprel ayında Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirilən müşavirədə Arktika regionunun Rusiyanın iqtisadi inkişafı, dövlət suverenliyinin və milli təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirmişdi. Putin həmçinin Arktikanın qlobal iqtisadiyyat və geosiyasətdə rolunun artdığını vurğulayaraq, regionun etibarlı və səmərəli logistika marşrutlarının formalaşdırılması baxımından böyük potensiala malik olduğunu qeyd etmişdi.
Samir


