"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

İDMAN
17:31 / 02.10.2020
1067

Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Hit.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb.

Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" 2-ci səbətdə yer alıb. Püşk komandamızı I qrupuna salıb. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" və Türkiyənin "Sivasspor" klubuları ilə rəqib olub.
 
A qrupu
Roma (İtaliya)
Yanq Boyz (İsveçrə)
ÇFR (Rumıniya)
ÇSKA (Sofiya, Bolqarıstan)

B qrupu
Arsenal (İngiltərə)
Rapid (Avstriya)
Molde (Norveç)
Dandolk (İrlandiya)

C qrupu
Bayer (Almaniya)
Slaviya (Çexiya)
Hapoel (Beer-Şeva, İsrail)
Nitsa (Fransa)

D qrupu
Benfika (Portuqaliya)
Standard (Belçika)
Reyncers (Şotlandiya)
Lex (Polşa)

E qrupu
PSV (Niderland)
PAOK (Yunanıstan)
Qranada (İspaniya)
Omoniya (Kipr)

F qrupu
Napoli (İtaliya)
Real Sosyedad (İspaniya)
Alkmaar (Niderland)
Riyeka (Xorvatiya)

G qrupu
Braqa (Portuqaliya)
Lester (İngiltərə)
AEK (Yunanıstan)
Zarya (Ukrayna)

H qrupu 
Seltik (Şotlandiya)
Sparta (Çexiya)
Milan (İtaliya)
Lill (Fransa)

I qrupu
Vilyarreal (İspaniya)
Qarabağ (Azərbaycan)
Makkabi (Təl-Əviv, İsrail)
Sivasspor (Türkiyə)

J qrupu
Tottenhem (İngiltərə)
Ludoqorets (Bolqarıstan)
LASK (Avstriya)
Antverpen (Belçika)

K qrupu
ÇSKA (Moskva, Rusiya)
Dinamo (Xorvatiya)
Feyenoord (Niderland)
Volfsberq (Avstriya)

L qrupu
Gent (Belçika)
Srvena Zvezda (Serbiya)
Hoffenhaym (Almaniya)
Slovan (Slovakiya)

Qeyd edək ki, qrup mərhələsinin iştirakçılarından 18-i birbaşa, 21-i Avropa Liqasının pley-off mərhələsi vasitəsilə, 6-sı Çempionlar Liqasının pley-off, 3-ü isə III təsnifat mərhələsində Liqa Yolunda uduzanlardan ibarətdir. Oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək. 

0