Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümü üçün yay transfer pəncərəsi sentyabrın 10-u saat 23:59-da bağlanıb.
HİT.az xəbər verir ki, AZƏRTAC “Transfermarkt” portalına əsasən, yerli klubların ən bahalı satışlarını və transferlərini təqdim edir:
Ən bahalı satışlar
1. Kamilo Duran – “Qarabağ”dan “Seltik”ə – 5,5 milyon avro
2. Leandro Andrade – “Qarabağ”dan “Pelessye”yə – 3 milyon avro
3. Aaron Maluda – “Sabah”dan “Bazel”ə – 2,7 milyon avro
Ən bahalı transferlər
1. Taofik İsmail – “Qurnik”dən “Qarabağ”a – 1 milyon avro
Reda Xadra – “Reyms”dən “Qarabağ”a – 1 milyon avro
Bens Varkonyi – “Zalaeqerseq”dən “Qarabağ”a – 1 milyon avro
Cebrail Makreçkis – “Ferensvaroş”dan “Qarabağ”a – 1 milyon avro
2. Freddi Varqas – “Makkabi Netanya”dan “Neftçi”yə – 900 min avro
Alen Şkribek – “Zalaeqerseq”dən “Neftçi”yə – 900 min avro
3. Renaldo Sefas – “Pari NN”dən “Qarabağ”a – 880 min avro
Yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə yollarını ayırıb. Bu keçidlərdən klubların əldə etdiyi ümumi gəlir 13,640 milyon avro təşkil edib.
Eyni dövrdə Premyer Liqa təmsilçiləri heyətlərinə 167 futbolçu cəlb ediblər. Bu transferlərə ümumilikdə 11,760 milyon avro xərclənib.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasındakı futbolçuların ümumi bazar dəyəri 110 milyon avrodan yuxarıdır.


