Yunanıstan Bakıdakı səfirini geri çağırdı

SİYASƏT
14:01 / 07.10.2020
1858

Yunanıstan Azərbaycana yeni təyin olunmuş səfirini geri çağırıb.

HİT.Az xəbər verir ki, Yunanıstan səfirliyindən də təsdiqlənən informasiya Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşılıb.

Paylaşımda deyilir:

“Azərbaycan hökumətinin əsassız iddialarına görə Yunanıstanın Azərbaycandakı səfiri Piperigos Xarici İşlər naziri Nikos Dendiasın qərarı ilə Afinaya məsləhətləşməyə çağrıldı”.

0